Süni intellekt demokratiyanı məhv edəcək

saytların hazırlanması

Evə çatdırılma

Süni intellekt demokratiyanı məhv edəcək

Maraqlı

07 Sentyabr 2026 13:51 93


Nobel mükafatlı iqtisadçı Daron Acemoğlunun da aralarında olduğu tədqiqatçıların yeni araşdırması nəzarətsiz avtomatlaşdırmanın təkcə iş həyatını deyil, demokratiyaların gələcəyini də təhdid etdiyini ortaya qoyub.

“Yeni Sabah” xarici mediaya istinadən xəbər verir ki, süni intellektin iş dünyasındakı gələcəyi çalışanlara dəstək olmaqdan ziyadə, birbaşa onların yerini almağa yönələn riskli bir istiqamətə doğru irəliləyir.

Massaçusets Texnologiya İnstitutunun (MIT) Nobel mükafatlı iqtisadçısı Daron Acemoğlu, Bilkent Universitetindən A. Arda Gitmez və Şimali Karolina Universitetindən Mehdi Shadmehr avtomatlaşdırmanın siyasi rejimlər üzərindəki olası nəticələrini riyazi modellə təhlil ediblər. pizza hut

“Automation and Repression” (Avtomatlaşdırma və Təzyiq) adlı məqalədə qeyd olunur ki, insanların gördüyü işləri robotlar, proqramlar və süni intellekt ələ keçirdikcə, əməyin ümumi gəlirdəki payı azalır, sərvət isə kapilal sahiblərinin əlində cəmləşir. Bunun nəticəsində bərabərsizlik sürətlə dərinləşir.

Araşdırmaya əsasən, kapital sahibləri zamanla iki seçim qarşısında qalırlar: Sərvəti bölüşmək və ya təzyiqi artırmaq.

Riyazi hesablamalar göstərir ki, avtomatlaşdırma irəlilədikcə elit təbəqənin demokratiyanı qorumaq əvəzinə avtoritar rejimi dəstəkləmək ehtimalı yüksəlir. İnsan qüvvəsinə ehtiyac azaldıqca, geniş cəmiyyət kütlələrinin iqtisadi və siyasi sistem üzərindəki təsiri zəifləyir. Sərvət ən yuxarıdakı kiçik bir qrupun əlində toplandıqda isə elitlər demokratiyanı bir yük olaraq görməyə başlayırlar.

Cəlalə


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!