Suqovuşana yeni yol  çəkilir  - Foto
29 Noy 2020 12:38
676

Suqovuşana yeni yol çəkilir - Foto

Azərbaycan Ordusunun həyata keçirdiyi əks-hücum əməliyyatları nəticəsində Ermənistan silahlı qüvvələrinin işğalından azad edilmiş Tərtər rayonunun Suqovuşan kəndinə gedən yeni yol minalardan təmizlənir.

Yenisabah.az xəbər verir ki, Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinin (ANAMA) əməkdaşları tərəfindən Suqovuşan kəndinə yeni salınacaq yolun ərazisidə minaların aşkarlanması və zərərsizləşdirilməsi prosesi davam edir.

ANAMA-nın əməkdaşları yolun kəçəcəyi ərazilərə baxış keçirir, xüsusi avadanlıqlara partlayıcı silahları aşkar edərək məhv edirlər.

Qeyd edək ki, ümumilikdə Ermənistan silahlı qüvvələrinin işğal etdiyi torpaqlarımızda 2 661 km uzunluğa malik respublika və yerli əhəmiyyətli avtomobil yolları var idi ki, onlardan 883 km respublika, 1 778 kilometri isə yerli əhəmiyyətli yollardır. Həmçinin bu yollar üzərində 90 avtomobil körpüsü də yerləşir. Report

Suqovuşana yeni yol  çəkilir  - Foto
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər