Zaqatalada “VAZ 21099” markalı avtomobil ağaca çırpılıb, sürücü sükan arxasında yanaraq ölüb.
"Yeni Sabah" xəbər verir ki, hadisə gecə saat 2 radələrində Yeni Suvagil kəndinə girişdə olub.
Əfqan Mülkümovun idarə etdiyi “VAZ21099” markalı 62-BM-725 qeydiyyat nişanlı avtomobil hərəkətdə olarkən idarəetməni itirməsi səbəbilə yol kənarındakı ağaca çırpılıb. Sezar pizza
Qəzadan sonra avtomobil yanmağa başlayıb. Sürücü sükan arxasında qəza zamanı aldığı ağır xəsarətlərdən və avtomobildə baş verən yanğından yanaraq ölüb.
Telegram kanalımız