Sürücülərə şad xəbər: Bu ərazilərdə rahat maşın saxlaya bilərsiniz 

saytların hazırlanması

Evə çatdırılma

Sürücülərə şad xəbər: Bu ərazilərdə rahat maşın saxlaya bilərsiniz 

Sosial

10 Oktyabr 2024 16:55 1023


Bakıda günü-gündən avtomobil çoxalır. Bunun nəticəsində də sürücülər üçün maşının parklanmasında problem yaranır. 

Yenisabah.az bu barədə quruma istinadən xəbər verir. 

Sevindirici haldır ki, bu problemin həlli istiqamətində mühüm işlər görülür. Azərbaycanın Yerüstü Nəqliyyat Agentliyi tərəfindən (AYNA) paytaxtın bir çox yerlərində avtomobilləri saxlamaq üçün yeni və müasir parklanma məntəqələri salınır. 

Qeyd edək ki, Alı Mustafayev küçəsində 17 yerlik parklanma məntəqəsinin təşkili üçün nişanlanma işləri görülüb. Bundan başqa, Mərdanov qardaşları küçəsində 1 məntəqədə yol nişanı quraşdırılaraq ödənişli parklanma tətbiq edilib. Əlavə olaraq, Mərdanov qardaşları, Yusif Məmmədəliyev və Alı Mustafayev küçələrində mövcud parklanma məntəqələrində 5 ədəd məlumat lövhəsi yol nişanı quraşdırılıb. 

Paytaxtın Mikayıl Müşfiq küçəsində isə 2 ədəd "Dayanma və durma qadağandır" yol nişanı quraşdırılıb. 

Bu istiqamətdə işlər davam etdiriləcək. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!