“Fiziki tərbiyə müəllimliyi ixtisası kolleclərdən universitetə keçirilməlidir”.
Bunu “Yeni Sabah”a təhsil eksperti Elmin Nuri deyib.
Onun sözlərinə görə, beynəlxalq təcrübədə pedaqoji və tibbi yönümlü ixtisaslar, o cümlədən fiziki tərbiyə müəllimliyi yalnız universitet səviyyəsində (bakalavriat pilləsində) tədris olunur. pizza hut
E.Nuri bildirib ki, hazırda kolleclərdə tədris olunan bu ixtisasların universitetə keçirilməsi zəruridir:
“Uzun illər əvvəl digər pedaqoji ixtisaslar kolleclərdən çıxarılaraq universitetlərə keçirilib. Bu, fiziki tərbiyə müəllimliyinə də şamil edilməlidir. “İdman müəllimi” kimi sadələşdirilmiş yanaşma bu fənnin mürəkkəbliyinə uyğun deyil. Fiziki tərbiyə yalnız hərəkət deyil, insanın fizioloji, zehni və psixoloji inkişafını kompleks şəkildə əhatə edən fənndir.
Dəyişiklik fiziki tərbiyə müəllimlərinin statusunun yüksəlməsinə, sahəyə olan baxışın müsbət dəyişməsinə və daha hərtərəfli, peşəkar kadrların hazırlanmasına səbəb olacaq”.
Aytəkin Əzizqızı
Telegram kanalımız