Baş Prokurorluq Milli Onkologiya Mərkəzinin Şüa terapiya şöbəsinin həkim-radioloqu Asif Nəsirli ölümü ilə bağlı məlumat yayıb.
Bu barədə "Yeni Sabah"a qurumun Mətbuat Xidmətindən bildirilib.
Qeyd olunub ki, Milli Onkologiya Mərkəzində törədilən partlayışla əlaqədar ağır xəsarətlər almış həmin tibb müəssisəsinin həkim-radioloqu Asif Nəsirli mayın 5-də saat 21:45-də müalicə aldığı xəstəxanada vəfat edib. Toyuqlu pizza
Məlumata görə, faktla bağlı Yasamal Rayon Prokurorluğunda başlanan cinayət işinin ibtidai istintaqı davam etdirilir.
Baş Prokurorluq hadisə ilə bağlı ictimaiyyətə çağırış ünvanlayıb:
"Sosial şəbəkə istifadəçiləri və media nümayəndələrindən xahiş edirik ki, qeyd olunan hadisə ilə bağlı məlumatları yayarkən yalnız rəsmi mənbələrə istinad olunsun, təqdim edilən informasiyanın düzgünlüyü müvafiq dövlət qurumları ilə dəqiqləşdirilmədən ictimailəşdirilməsin. Xüsusilə vurğulayırıq ki, istintaq sirrini təşkil edən məlumatların qorunması və yayılmasının qarşısının alınması, eləcə də cinayət təqibi iştirakçılarının hüquq və qanuni mənafelərinə hörmətlə yanaşılması qanunun və peşəkar informasiya mübadiləsinin əsas hüquqi və etik tələbidir.
Bu baxımdan, təsdiqini tapmamış, təhrif olunmuş və ya həqiqətə uyğun olmayan məlumatların, habelə cəmiyyətdə çaşqınlıq və əsassız narahatlıq yarada biləcək şayiə xarakterli paylaşımların yayılmasından çəkinilməsi hüquq-mühafizə orqanları tərəfindən həyata keçirilən prosessual tədbirlərin maneəsiz şəkildə davam etdirilməsi üçün mühüm əhəmiyyət kəsb edir".
Telegram kanalımız