Məhkəmə qərar versə də, gərginlik davam edir: “Təhqir olunmuşuq”

saytların hazırlanması

Evə çatdırılma

Məhkəmə qərar versə də, gərginlik davam edir: “Təhqir olunmuşuq”

Şou

06 May 2026 10:17 248


Əməkdar artist Elza Seyidcahan Roza Zərgərli ilə arasında olan məhkəmənin detallarına aydınlıq gətirib.

“Yeni Sabah” xəbər verir ki, bu barədə o, “Öz aramızda” verilişində danışıb.

Bəstəkar bildirib ki, qarşı tərəf məhkəmədə ona barışıq və birlikdə layihələr hazırlamaq təklif edib: pizza hut

“Ona dedim ki, özümü yox, şərəf və ləyaqətimi, fəxri adlarımı müdafiə edirəm. Çünki təhqir olunmuşuq. Məhkəmədən sonra bəlkə qismət olar, duet də oxuyarıq.

Hələlik proses bitməyib. Bir neçə şəxs əl-ələ verib bizə qarşı çıxır. Amma hər şey xeyrimizədir. Qarşı tərəfin də narazılığı var, amma bu gülməli haldır. Mən kiməsə qarşı səhv etsəm, yaşca məndən kiçik də olsa, üzr istəyərəm”.

Xatırlatma: Elza Seyidcahan Roza Zərgərlinin ona böhtan atdığını və şərəf və ləyaqətini alçaltdığını əsas gətirərək xüsusi ittiham qaydasında məhkəməyə müraciət edib. Proses 2024-cü ilin sonlarından davam edir. Bu ilin aprelində yekun məhkəmə qərarına əsasən, Roza Zərgərli Elza Seyidcahana 1000 manat təzminat ödəməlidir.

Aydan Hacı


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!