Sürücülərin NƏZƏRİNƏ: Bu prospektdə təmir başladı - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Sürücülərin NƏZƏRİNƏ: Bu prospektdə təmir başladı - Fotolar

Sosial

16 Mart 2024 14:46 587


Ötən gündən etibarən paytaxtın 8 Noyabr prospektində əsaslı təmir işlərinə start verilib.

Yenisabah.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.

Məlumatda bildirilir ki, 8 Noyabr prospekti uzun müddət əsaslı təmir olunmadan istismar olunurdu. Artıq yolun asfalt-beton örtüyündə çatlar və qabarmalar müşahidə edilirdi. Bu isə paytaxtın əsas işlək prospekti ilə rahat hərəkətə maneə yaradırdı: pizza hut

“Əsaslı təmir işlərinə prospektin Yusif Səfərov küçəsi ilə kəsişməsindən Zığ dairəsi istiqamətində start verilib. Hazırda ərazidə köhnə səki daşlarının söküntüsü işləri aparılır.

İşlərin aparıldığı ərazidə hərəkət məhdudlaşdırılmayıb. Yalnız ərazidən keçən avtonəqliyyat vasitələrinin və çalışan işçilərin təhlükəsizliyi baxımından müəyyən hərəkət zolaqları üzrə qismən məhdudlaşma tətbiq edilib”.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!