Bəzi insanlar var ki, söhbət başlayan kimi mövzudan mövzuya keçirlər. Bir hadisə, bir tanış, gündəlik həyatdakı kiçik bir detal belə onlar üçün uzun söhbətə çevrilə bilər. Astroloji yanaşmalara görə, bəzi bürclər ünsiyyətə və fikir bölüşməyə digərlərindən daha çox meylli hesab olunur.
Ən çox danışan bürclər arasında Tərəzi, Şir və Oxatanın adı çəkilir.
Tərəzi Dördpendirli pizza
Tərəzilər sosial olmağı və insanlarla ünsiyyət qurmağı sevirlər. Onlar üçün maraqlı söhbətin mövzusu çox vaxt fərq etmir. Gün ərzində baş verən bir hadisədən tutmuş dostlarının münasibətlərinə qədər hər şey müzakirə mövzusuna çevrilə bilər. Xüsusilə yaxın olduqları insanlarla söhbət edərkən daha rahat davranırlar. Bir mövzu maraqlarını çəkdisə, fikirlərini uzun-uzadı bölüşə bilərlər. Bəzən söhbətin necə başladığını özləri də unuda bilirlər.
Şir
Şirlər fikirlərini açıq deməkdən çəkinmirlər. Söhbət zamanı öz düşüncələrini qarşı tərəfə çatdırmaq onlar üçün vacibdir. Hətta mübahisəli məsələlərdə belə son sözü deməyə çalışmaları ilə seçilə bilərlər. Onlar diqqət mərkəzində olmağı sevdikləri üçün danışdıqları mövzuya şəxsi təcrübələrini və yaşadıqları hadisələri də əlavə edə bilirlər. Buna görə Şirlərlə başlayan adi bir söhbət gözləniləndən daha uzun çəkə bilər.
Oxatan
Oxatanlar azad ruhlu və maraqlı mövzulara açıq insanlar kimi xarakterizə edilir. Onların söhbətləri çox vaxt bir mövzuda qalmır. Səyahətdən gündəlik hadisələrə, insanlardan gələcək planlara qədər müxtəlif məsələlər haqqında danışa bilirlər. Üstəlik, düşündüklərini gizlətməkdənsə, birbaşa söyləməyi üstün tuturlar. Buna görə də Oxatanla söhbət edən şəxsin qarşısına gözləmədiyi anda yeni bir fikir və ya mövzu çıxa bilər.
Əsmətxanım Rzazadə
Telegram kanalımız