Sosial şəbəkələrdə taksi fəaliyyəti ilə məşğul olan sürücülərdən biri rəsmi icazə sənədləri olmasına baxmayaraq taksi duracağında cərimələnməsindən gileylənib.
“Yeni Sabah” xəbər verir ki, Məhəmməd Əlizadə adlı vətəndaş “Hüquqşünaslar” qrupunda etdiyi paylaşımında fəaliyyət üçün tələb olunan bütün sənədlərinin qaydasında olduğunu vurğulayıb:
"Mən taksi fəaliyyəti ilə məşğulam və bütün sənədlərim qaydasındadır. Taksi duracağında saxlayıb marketdən su alıb maşına qayıdanda gördüm ki, məni cərimələyiblər. Guya taksi duracağında dayanmışam, amma taksi deyiləm. Halbuki taksiyəm, sənədlərim də qaydasında, buraxılışım, sertifikatım hər şey öz yerindədir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, sizin sistemdə göstərmir ki, mənim maşınım taksi fəaliyyəti ilə məşğuldur? Ya AYNA, siz sistemə otuzdurmursunuz?" pizza hut
Sürücü aidiyyəti qurumlardan rəsmi bazalar arasındakı inteqrasiya probleminin araşdırılmasını və yazılan cərimənin ləğv edilməsinə köməklik göstərilməsini xahiş edib.
Ekspertlər bildirirlər ki, bu cür hallarla qarşılaşan sürücülər Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən verilmiş buraxılış vəsiqəsini və sertifikatı təqdim etməklə Baş Dövlət Yol Polisi İdarəsinə (BDYPİ) rəsmi qaydada şikayət ərizəsi ilə müraciət edərək cərimə haqqında qərarın ləğv edilməsinə nail ola bilərlər.
Nazim Hacıyev
Telegram kanalımız