Əməkdar artist Dilarə Əliyeva tamaşaçıların ondan inciməsindən danışıb.
Yenisabah.az olay-a istinadla xəbər verir ki, o, “Mədəni şou”da bu barədə qeyd edib:
“Bəzi tamaşaçılar “Cavid ömrü” filmindən sonra “Çal çağır”dan küsdülər. Artıq məni orada görmək istəmədilər. Çünki məni Müşkünaz obrazında gördükdən sonra “Çal çağır”da görə bilmirdilər. Hətta bunu ilk dəfə açıqlayıram, filmin rejissoru Xalq artisti Ramiz Həsənoğlu dedi ki, bilirdim sən bu rolu gözəl oynayacaqsan, mənim özümü belə təsirləndirəcəksən. Amma kaş səninlə müqavilə imzalayardım ki, səni bir şərtlə bu obraza çəkəcəm, televiziyaya, “Çal-çağır” şouya qayıtmayacaqsan”. pizza mizza
Telegram kanalımız