Tanınmış futbol şərhçisi və jurnalist Asif Bağırov "Azərbaycan Beynəlxalq Bankı"nın (ABB) tətbiq etdiyi komissiya faizlərinə etirazını bildirib.
“Yeni Sabah” xəbər verir ki, jurnalist sosial şəbəkə hesabında paylaşım edərək bankın tətbiq etdiyi şərtlərin narazılıq doğurduğunu qeyd edib:
"ABB-dən avans götürdüm. 5%. Olsun. Bu gün görürəm ki, mənə ayrılan vəsaiti hətta öz hesablarım arasında köçürmək istəsəm, əlavə 7.5% komissiya da ödəyəcəyəm. Yəni götürdüyüm pulun 12.5%-i — 1/8 hissəsi itiriləcək? Bu necə olur? Bəlkə nəyisə düz eləmirəm? ABB, izah edin zəhmət olmasa". pizza sifarişi
Asif Bağırovun bu paylaşımı izləyicilər tərəfindən dəstəklənib və bankın komissiya siyasəti ilə bağlı müzakirələrə səbəb olub. Məsələ ilə bağlı bank tərəfindən hələlik rəsmi açıqlama verilməyib.
Nazim Hacıyev
Telegram kanalımız