Tanınmış tarzən vəfat etdi

saytların hazırlanması

Evə çatdırılma

Tanınmış tarzən vəfat etdi

Mədəniyyət

13 Oktyabr 2026 11:56 101


Tarzən Elxan Müzəffərov dünyasını dəyişib.

"Yeni Sabah" xəbər verir ki, bu barədə həmkarı Humay Qədimova məlumat yayıb.

O, sosial şəbəkə hesabında yazıb: "Çox təəssüf hissi ilə bildirmək istəyirəm ki, bu gecə klassik muğam bilicisi, böyük müəllim, ustadımız Elxan Müzəffərov dünyasını dəyişib. Mütəmadi olaraq ziyarətinə gedirdim. Son dəfə 27 sentyabrda iş yoldaşım, gözəl tarzən Məsim İslamovla bərabər ziyarət etdik. Hər zaman klassik muğamın keşiyində xidmət göstərən, milli muğamlarımızın ənənəsini qoruyub saxlayan və yüzlərlə tanınmış tar ifaçılarının yetişməsində müstəsna rolu olan müəllimimiz Elxan müəllimə Allahdan rəhmət diləyirəm. Məkanın cənnət olsun, ustad!" pizza sifarişi

E.Müzəffərov "Rast", "Xocəstə", "Dəşti", "Nəva", "Şur" və "Dügah" kimi klassik muğamların ifaçısı kimi tanınıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!