Taxıl biçinində REKORD GÖSTƏRİCİ:   3 milyon tondan çox məhsul!

saytların hazırlanması

Evə çatdırılma

Taxıl biçinində REKORD GÖSTƏRİCİ: 3 milyon tondan çox məhsul!

Sosial

11 Avqust 2026 10:13 159


Azərbaycanda 2026-cı ilin taxıl biçini yekunlaşmaq üzrədir. 

“Yeni Sabah” xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Avqustun 3-nə olan operativ məlumata əsasən, ölkə üzrə biçilməsi nəzərdə tutulan 994,9 min hektar dənli və dənli-paxlalı sahənin 925,1 min hektarı biçilib. pizza

Bu, ümumi sahənin 93 faizini təşkil edir. Biçilmiş sahələrdən 3 milyon 131,9 min ton məhsul toplanıb. Orta məhsuldarlıq hər hektara 33,9 sentner olub.

Yığılan məhsulun 1 milyon 534,8 min tonu buğda, 1 milyon 561,2 min tonu arpa, 35,9 min tonu isə digər dənli və dənli-paxlalı bitkilərin payına düşüb.

Ötən ilin eyni dövrü ilə müqayisədə bu il ümumi taxıl yığımı 6,2 faiz artıb. Arpa üzrə məhsul yığımı 15,9 faiz çoxalsa da, buğda üzrə 2,1 faiz azalma qeydə alınıb.

Buğda üzrə məhsul yığımının azalması əsasən biçilmiş sahənin ötən illə müqayisədə daha az olması ilə bağlıdır. Belə ki, bu il avqustun 3-dək 420,7 min hektar buğda sahəsi biçilib. Ötən il avqustun 5-də bu göstərici 466,9 min hektar olub. Bununla yanaşı, buğdanın məhsuldarlığı artıb və hər hektardan orta hesabla 36,5 sentner məhsul götürülüb.

Hazırda 13 şəhər və rayonda biçin tam başa çatıb. Daha 30 rayonda isə nəzərdə tutulan sahələrin 90 faizdən çoxu biçilib.

Ən çox taxıl Cəlilabad, Şəki, Ağcabədi, Füzuli, Kürdəmir və Neftçala rayonlarında yığılıb. Ən yüksək məhsuldarlıq isə Ağcabədi, Tovuz, Bərdə və Sabirabad rayonlarında qeydə alınıb.

Aytac Əliyeva


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!