Tələbələrə şad xəbər -   Burada ali təhsil tam pulsuz olacaq

saytların hazırlanması

Evə çatdırılma

Tələbələrə şad xəbər - Burada ali təhsil tam pulsuz olacaq

Dünya

02 Avqust 2026 15:41 99


Gürcüstanda dövlət universitetlərində ali təhsil tələbələr üçün ödənişsiz olacaq. Bununla yanaşı, tələbələrin təhsilə marağını qorumaq üçün xüsusi mexanizmlər tətbiq ediləcək.

''Yeni Sabah'' xəbər verir ki, bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze jurnalistlərə açıqlamasında bildirib.

Baş nazirin sözlərinə görə, əgər tələbə bir semestr ərzində iki fəndən keçə bilməzsə, bu, onun tədris prosesində kifayət qədər fəal iştirak etmədiyini göstərəcək. Dominos pizza

“Pulsuz ali təhsillə bağlı çox aydın qərar qəbul olunub. Gürcüstanda ilk dəfə olaraq dövlət universitetlərində ali təhsil tələbələr üçün tam ödənişsiz olacaq. Bununla yanaşı, tələbələrin motivasiyasını itirməməsi üçün müəyyən mexanizmlər nəzərdə tutulub. Əgər tələbə bir semestr ərzində iki fəndən keçə bilməzsə, bu, onun tədris prosesinə lazımi səviyyədə cəlb olunmadığını göstərir. Belə hallarda üçüncü semestrdən etibarən dövlət maliyyələşdirilməsi azaldılacaq. Bu tədbirin yeganə məqsədi tələbələrin motivasiyasını artırmaqdır”, – deyə Kobaxidze bildirib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!