Telekanallardakı saçyoldu: “Sonu çox pis qurtara bilir”

saytların hazırlanması

Evə çatdırılma

Telekanallardakı saçyoldu: “Sonu çox pis qurtara bilir”

Sosial

16 Aprel 2022 19:04 1117


Azərbaycan Respublikası Audiovizual Şurası televiziya yayımçılarına xəbərdarlıq edib.
 
Xəbərdarlıqda bildirilib ki, aprel ayının əvvəlindən televiziya yayımçılarının proqramlarının Azərbaycan Respublikası Audiovizual Şurası tərəfindən həyata keçirilən monitorinqləri zamanı canlı yayımlanan bəzi proqramlarda qonaqlar, iştirakçılar, ekspert qismində iştirak edən şəxslər arasında baş verən fiziki toqquşma və davaların, o cümlədən qarşılıqlı təhqirlərin efirə getməsi halları qeydə alınıb.
 
Mövzu ilə bağlı Yenisabah.az-a danışan siyasi icmalçı, media eksperti Qulu Məhərrəmli bu xəbərdarlığın gözlənilən olduğunu bildirib:
 
“Mən Audiovizual Şuranın xəbərdarlığını çox normal qəbul edirəm. Haradasa, iki-üç il idi ki, efirdə sensassiyalı matrialların verilməsi, şou verilişlərinin aparıcılarının normadan kənar davranışları səngimişdi. Lakin son iki ayda bu hadisələr hiss olunacaq dərəcədə artıb. Ona görə də bu xəbərdarlığı normal hesab edirəm. 

Hesab edirəm ki, televiziyalar xüsusən, şou proqramlarında cəmiyyətdə qıcıq yaradan, tamaşaçı auditoriyasında narazılığa səbəb olacaq davranışlara yol verməməlidirlər. Aparıcıların hərəkətlərinə, studiyaya dəvət olunanların davranışlarına ciddi diqqət yetirilməlidir”.

Q.Məhərrəmli qeyd edib ki, sözügedən telekanallar xəbərdarlıqları qulaqardına vurarsa, onları ciddi cəzalar gözləyir:
 
“Bu xəbərdarlıqlardan sonra əlbəttə ki, telekanalları cəzalar gözləyir. Bu xəbərdarlığı nəzərə almayan telekampaniyalar üçün şura qanunun yol verdiyi imkanlardan istifadə edə bilər və etməlidir. Əgər xəbərdarlıq təsir oyatmırsa, sonu çox pis qurtara bilir. Ona görə də mütləq effektli tədbirlər görülməlidir ki, telekanallar cəmiyyət, tamaşaçı qarşısında məsuliyyətini dərk etsin”.

Əsmətxanım RZAZADƏ 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!