Bir çox evdə televizor gün ərzində saatlarla açıq qalır. Lakin mütəxəssislər bildirirlər ki, bu vərdiş həm cihazın ömrünü azalda, həm də elektrik xərclərini artıra bilər.
"Yeni Sabah" xəbər verir ki, rəqəmsal platformaların geniş yayılması ilə insanlar əvvəlkindən daha uzun müddət televizora baxır. Bunun nəticəsində televizorlar daha çox işləyir və zamanla texniki problemlər yarana bilir.
Mütəxəssislərin sözlərinə görə, televizorun daxilindəki elektron hissələr uzun müddət fasiləsiz işlədikdə qızır. Bu isə cihazın performansını aşağı salır və bəzi hissələrin vaxtından əvvəl sıradan çıxmasına səbəb ola bilər. Marqarita pizza
Xüsusilə OLED ekranlı televizorlarda uzun müddət eyni görüntünün ekranda qalması "ekran yanığı" adlanan problem yarada bilər. Bu zaman görüntünün izi ekranda qalıcı şəkildə görünür və sonradan aradan qaldırılması mümkün olmur. Müasir televizorlarda bu riski azaltmaq üçün müxtəlif qoruyucu funksiyalar olsa da, mütəxəssislər cihazın uzun müddət fasiləsiz işlədilməsini tövsiyə etmirlər.
Bundan başqa, televizorlar modelindən asılı olaraq təxminən 50-200 vatt elektrik enerjisi sərf edir. Gün ərzində uzun müddət açıq qalması isə aylıq elektrik xərclərinin artmasına səbəb olur. Əgər televizora səs sistemi və ya media qurğuları qoşulubsa, onlar da eyni vaxtda enerji sərf etdiyindən ümumi xərc daha da yüksəlir.
Əsmətxanım Rzazadə
Telegram kanalımız