Türkiyə Cümhuriyyətinin qurucusu Atatürkün şəxsi kitabxanasındakı Volterin "Çin yetimi" ("L'Orphelin de la Chine") əsərinə bir əlyazma qeydi tarixsevərlərin marağına səbəb olub.
“Yeni Sabah” xəbər verir ki, Mustafa Kamal 1755-ci ildə nəşr olunmuş bu pyesin 3-cü pərdə, 4-cü səhnəsində yer alan "Bir dosta ehtiyacım var. İndiyə qədər heç olmadı. Qəlbimin buna ehtiyacı var" cümləsinin altından xüsusi olaraq xətt çəkib.
Böyük dövlət xadiminin həmin sətirlərin kənarına öz əl yazısı ilə "Çox gözəl, doğru, ibrət!" qeydi onun daxili dünyasını və səmimi dostluğa verdiyi önəmi əks etdirir. Məişət texnikası
Bu tarixi detal Atatürkün mütaliə mədəniyyətini, oxuduğu kitabları sadəcə nəzərdən keçirmədiyini, eyni zamanda onda dərin iz buraxan fəlsəfi və insani düşüncələri gələcək nəsillər üçün qeyd etdiyini nümayiş etdirən nadir nümunələrdən biri kimi dəyərləndirilir.
Nazim Hacıyev
Telegram kanalımız