Türkiyənin "Fənərbaxça" klubunun yeni baş məşqçisi təyin olunan Emre Belözoğlu vəzifəsinin icrasına başladıqdan sonra komandanın hədəfləri və turnir cədvəlindəki mövcud vəziyyətlə bağlı iddialı açıqlama verib.
“Yeni Sabah” xəbər verir ki, gənc mütəxəssis komandanın çempionluq mübarizəsindən geri çəkilmədiyini və qarşıdakı bütün görüşlərə maksimum nəticə üçün çıxacaqlarını bəyan edib. Belözoğlu turnir cədvəlindəki xal fərqinin əridilməsinin mümkün olduğunu vurğulayaraq fikirlərini bu sözlərlə ifadə edib:
"Biz hər oyunumuza qazanmaq üçün çıxacağıq. 9 xallıq fərq də qapanar, 19 da." Elektronika məhsulları
Yeni baş məşqçinin bu motivasiyaedici çıxışı "Fənərbaxça" camiəsində və azarkeşlər arasında komandanın mövsümün qalan hissəsində zirvə yarışına yenidən qoşulacağına dair böyük ümidlər yaradıb.
Nazim Hacıyev
Telegram kanalımız