Tarix Əliyev (Tolik) Xalq artisti Flora Kərimovanın 85 illik yubileyi münasibətilə təbrik edib.
“Yeni Sabah” xəbər verir ki, aparıcı bununla bağlı sosial şəbəkə hesabında paylaşım edib.
O, paylaşımında Flora Kərimovanı "Azərbaycan estradasının əvəzolunmaz sənətkarı" adlandırıb: pizza sifarişi
“Sənətkarın yaşı olmur, sənəti olur. Elə insanlar var ki, illər onların yaşını artırmır, əksinə, dəyərini daha da ucaldır. Flora Kərimova məhz belə sənətkarlardandır. Bəli, onun səsini təqlid etmək istəyənlər ola bilər, səsinin tembrinə, ifa tərzinə bənzəməyə çalışanlar da tapılar. Amma Flora Kərimova bircədir və onun yerini heç vaxt heç kim verə bilməz. Çünki sənətkar təkcə səsi ilə deyil, şəxsiyyəti, xarakteri, səhnə mədəniyyəti və xalqın qəlbində qazandığı yer ilə sənətkar olur”.
T.Əliyev əlavə edib: "Əziz Flora xanım, sizə möhkəm can sağlığı, uzun və bərəkətli ömür arzulayıram. Allah sizi daim qorusun, sevənlərinizin arasında etsin. Uca Allah sizə sağlam, huzurlu, gözəl illər nəsib etsin, nəvələrinizin, yaxınlarınızın ən xoş günlərini birlikdə yaşamağı qismət etsin. Sizi ürəkdən qucaqlayıram, öpürəm, böyük sənətkar! Nə yaxşı ki, varsınız. Nə yaxşı ki, Azərbaycan musiqisinin tarixində Flora Kərimova kimi bir sənətkarın adı var. Doğum gününüz mübarək olsun!”
Aydan Hacı
Telegram kanalımız