Torpaq və evlər niyə BAHALAŞACAQ? - Səbəbi məlum oldu

saytların hazırlanması

Evə çatdırılma

Torpaq və evlər niyə BAHALAŞACAQ? - Səbəbi məlum oldu

Sosial

01 Noyabr 2023 08:28 2123


Çıxarışı olan torpaq və evlərin bahalaşacağı gözlənir.

“Yeni Sabah” Xezerxeber.az-a istinadən xəbər verir ki, ekspertlər bunu tikinti şərtləninin ağırlaşdırlması, xüsusilə də fərdi yaşayış evləri ilə bağlı bəzi aydaların sərtləşdirilməsi ilə əlaqləndirir.

Əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı deyir ki, oktyabrın 1-dən qüvvəyə minən qaydalara əsasən, vətəndaş ilk növbədə təyinatı fərdi yaşayış evinin tikintisinə uyğun olan torpaq sahəsi almalıdır. Həmçinin, artıq tikilmiş evləri də ilkin icazə sənədləri yoxdursa, kommunal infrastrukturla -yəni qaz, işıq və su-kanalizasiya xətləri ilə təmin etmək mümkün olmayacaq. pizza hut

Ekspert deyir ki, məhz belə qaydalar vətəndaşları tədricən sövq edəcək ki, sənədli torpaq sahələrində ev tiksinlər. Bu isə təbii ki, qiymət artımına təsir edən əsas amillərdəndir.

Ramil Osmanlı qeyd edib ki, nəticə etibarilə təkcə torpaq yox, çıxarışlı fərdi evlər də bahalaşacaq.

Onun sözlərinə görə, hazırda ölkədə 600 minə yaxın sənədsiz ev var ki, bunun da 450 mini Bakının payına düşür. İl ərzində də 25-30 min belə ev tikilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Huseyn Aliyev
    Sizin kimi pislik medya yazmasa bahalasmaz. Birincisi bahalasmamalidi ucuzlasmalidi. Bunun da bir cox sebebi var. 1 ci sebeb. Teklif artiqca qiymet aşağı düşür. Azad olunan torpaqlara koc olke uzre teklifi artirdigi ucun qiymet adagi dusmelidir. 2 ci, olkeye en cox pul Rusyadan gelir. Rusyada veziyyetin pise getmesi telebi azaldir ve qiymetler asagi dusur. Ama hansisa bina tiken oliqarx tikdiyi evi baha satmaq ucun siz ozunu pula satanlara pul vereek bele yazilar yazdir. Nece ki, her defe et qiymeti bahalasacaq yazaraq eti bahalasdirdiniz. Obyektiv, savadli melumat yazacaginiza ozunuzu axirinci yola qoyursuz
    3 years ago