Tramp administrasiyasının SEPAH-la   GİZLİ TƏMASI ÜZƏ ÇIXDI

saytların hazırlanması

Evə çatdırılma

Tramp administrasiyasının SEPAH-la GİZLİ TƏMASI ÜZƏ ÇIXDI

Dünya

16 Avqust 2026 23:42 60


ABŞ Prezidenti Donald Trampın administrasiyası may ayında İraq Kürdüstan Regionunun başçısı Neçirvan Bərzani vasitəsilə İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) rəhbərliyi ilə gizli rabitə kanalı yaradıb.

"Yeni Sabah" xəbər verir ki, bu barədə üç mənbəyə istinadən "Axios"un müxbiri Barak Ravid məlumat verib.

Nəşrin məlumatına görə, Ağ Ev SEPAH rəhbərliyinin İran parlamentinin sədri Məhəmməd Baqir Qalıbaf və xarici işlər naziri Abbas Əraqçının ABŞ ilə müzakirə etdikləri razılaşmaları dəstəkləyib-dəstəkləmədiyini öyrənmək istəyib. pizza hut

Həmin dövrdə ABŞ Milli Kəşfiyyatının direktoru vəzifəsini tutan Tulsi Qabbardın xahişi ilə Bərzani SEPAH komandiri Əhməd Vahidi ilə əlaqə saxlayıb. Vahidi SEPAH-ın danışıqları dəstəklədiyini və böhranın diplomatik yolla həllinin tərəfdarı olduğunu bildirib./Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!