Rusiya Prezidenti Vladimir Putin, Çin sədri Si Cinpin və ABŞ Prezidenti Donald Tramp arasında üçtərəfli görüş noyabrın 19-da Çinin Şençjen şəhərində keçiriləcək.
"Yeni Sabah" xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov TASS-a açıqlamasında bildirib.
“19-da Prezident Putin, sədr Si və Prezident Tramp arasında üçtərəfli görüşün keçirilməsi barədə razılıq əldə olunub. Görüş APEC sammiti çərçivəsində Şençjendə keçiriləcək”, – Peskov deyib. Bakıda online alış-veriş
Telegram kanalımız