ABŞ Prezidenti Donald Tramp İranla əldə olunan ilkin razılaşma səbəbindən bu ölkəyə qarşı planlaşdırılan hücumların dayandırıldığını açıqlayıb.
“Yeni Sabah” xəbər verir ki, Tramp bu barədə özünün sosial media hesabında paylaşım edib.
ABŞ lideri bildirib ki, İran və bu ölkə ilə danışıqlar aparan digər Yaxın Şərq dövlətləri razılaşmanın əsas prinsipləri üzərində anlaşmaya gəliblər və Vaşinqtondan yeni hərbi əməliyyatlara başlamamağı xahiş ediblər. Marqarita pizza
Trampın sözlərinə görə, razılaşmanın əsas şərtləri Hörmüz boğazının tam şəkildə açılması və İranın nüvə təhlükəsinin tamamilə aradan qaldırılmasıdır.
"Bu müraciəti nəzərə alaraq, dünyanın təhlükəsizliyi və İranın mövcudluğu naminə, qısa müddətdə yekun razılaşmanın əldə olunması şərti ilə hücumları dayandırmağa razılıq verdim", – deyə Tramp vurğulayıb.
ABŞ Prezidenti əlavə edib ki, İsrail də bu məsələdə onun mövqeyini dəstəkləyir.
Telegram kanalımız