ABŞ Prezidenti Donald Tramp İranla bağlı yeni açıqlama verib. O, Tehranla birbaşa əlaqə saxlanıldığını bildirərək müharibənin sona yaxınlaşacağına ümid etdiyini deyib.
“Yeni Sabah” xəbər verir ki, Tramp Şimali Karolina ştatına səfəri zamanı Şarlott Duqlas Beynəlxalq Hava Limanında jurnalistlərin suallarını cavablandırıb. Tramp İranın ABŞ ilə razılaşma əldə etmək üçün birbaşa əlaqə saxladığını bildirib. ABŞ-nin İranla müharibənin hansı mərhələsində olduğu barədə suala cavab verən Tramp deyib: Ümid edirəm, müharibənin sonuna doğru gedirik.
ABŞ Prezidenti İranın razılaşma əldə etmək istədiyini də qeyd edib: Marqarita pizza
“İran razılaşma əldə etməyi çox istəyir. Görək, bu proses necə nəticələnəcək”.
Trampdan İranın ABŞ-yə birbaşa, yoxsa vasitəçilər üzərindən mesaj göndərdiyi də soruşulub. O, İranla birbaşa əlaqənin olduğunu bildirib.
Əsmətxanım Rzazadə
Telegram kanalımız