Tramp Paşinyana zəng edibmi? - Baş nazirin sözçüsü danışdı

saytların hazırlanması

Evə çatdırılma

Tramp Paşinyana zəng edibmi? - Baş nazirin sözçüsü danışdı

Dünya

24 Aprel 2026 14:14 130


"X" sosial şəbəkəsindəki bir neçə hesab ABŞ Prezidenti Donald Trampın Baş nazir Nikol Paşinyanla telefon danışığı barədə "Truth Social" platformasında paylaşım etdiyini iddia edən qəsdən yalan və manipulyativ məlumatlar yayır.

"Yeni Sabah" xəbər verir ki, bu barədə Ermənistan Baş nazirin sözçüsü Nazeli Baqdasaryan öz "Facebook" səhifəsində məlumat yayıb.

O qeyd edib: "Sizə bildirmək istəyirəm ki, belə bir telefon danışığı olmayıb. Ermənistanın Baş naziri Nikol Paşinyan və ABŞ Prezidenti Donald Tramp arasında bu cür müzakirələr aparılmayıb. Yayılan məlumatlar yalandır və reallığa uyğun deyil.

Bu iddia xarici informasiya manipulyasiyası və müdaxiləsinin (FIMI) əlamətlərini daşıyır. Yəni yayılma metodologiyası nəzərə alınmaqla, koordinasiyalı informasiya manipulyasiyası cəhdi hesab edirik.

Biz media qurumlarını, ictimai xadimləri və sosial media istifadəçilərini təsdiqlənməmiş məlumatları, xüsusən də milli təhlükəsizlik, Ermənistan Respublikasının xarici siyasəti və regional sabitliklə bağlı olduqda yaymaqdan çəkinməyə çağırırıq".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!