Trampdan görünməmiş addım -   Vizalar kütləvi şəkildə ləğv edildi

saytların hazırlanması

Evə çatdırılma

Trampdan görünməmiş addım - Vizalar kütləvi şəkildə ləğv edildi

Dünya

10 Avqust 2026 23:06 50


ABŞ Dövlət Departamenti Prezident Donald Trampın hakimiyyəti dövründə 175 mindən çox xarici ölkə vətəndaşının vizasının ləğv edildiyini açıqlayıb.

“Yeni Sabah” xəbər verir ki, Dövlət Departamentinin yaydığı məlumatda viza ləğvlərinin əsasən əcnəbilərin müxtəlif cinayətlərlə bağlı hüquq-mühafizə orqanlarının diqqətinə düşməsindən sonra həyata keçirildiyi bildirilib.

Məlumata görə, vizaların ləğvinin əsas səbəbləri arasında hücum, sərxoş halda avtomobil idarəetmə, oğurluq və narkotiklərlə bağlı cinayətlər yer alıb. Dominos pizza

Digər hallarda isə ehtiyatsız və ya təhlükəli avtomobil idarəetməsi, cinsi zorakılıq, uşaqlara qarşı zorakılıq, dələduzluq və mənimsəmə kimi əməllərin müəyyən edildiyi qeyd olunub. ABŞ Dövlət Departamenti viza ləğvlərinin davam edən yoxlama və nəzarət tədbirləri çərçivəsində həyata keçirildiyini bildirib.

Açıqlamada məqsədin viza sahiblərinin viza şərtlərinə əməl edib-etmədiyini və ABŞ vətəndaşları üçün təhlükə yaradıb-yaratmadığını müəyyənləşdirmək olduğu vurğulanıb.

Tramp administrasiyasının ABŞ-nin və ya milli təhlükəsizliyin təhdid altında olduğuna inanılan xarici ölkə vətəndaşlarını müəyyənləşdirməyə və araşdırmağa davam edəcəyi bildirilib. Dövlət Departamenti açıqlamasında “ABŞ vizası imtiyazdır, hüquq deyil” ifadəsini işlədib.

Departament bu imtiyazdan sui-istifadə edən şəxslərin vizalarını ləğv etmək üçün malik olduğu səlahiyyətlərdən istifadəni davam etdirəcəyini açıqlayıb.

Əsmətxanım Rzazadə


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!