Trampdan İranla bağlı gözlənilməz addım -   FOTO

saytların hazırlanması

Evə çatdırılma

Trampdan İranla bağlı gözlənilməz addım - FOTO

Dünya

13 İyun 2026 11:06 223


ABŞ Prezidenti Donald Tramp İranın xarici işlər naziri Abbas Əraqçinin ABŞ–İran danışıqlarına dair paylaşımını öz sosial media hesabında yenidən paylaşıb.

“Yeni Sabah” xəbər verir ki, Əraqçi tərəfindən yayılan mesajda Tehran və Vaşinqton arasında müzakirə olunan razılaşmanın yekun mərhələyə çox yaxın olduğu qeyd edilib.

İranlı nazir bildirib ki, tərəflər arasında gündəmdə olan sənəd hazırda ən yüksək tamamlanma səviyyəsinə çatıb. O, eyni zamanda mediaya müraciət edərək danışıqların məzmunu ilə bağlı ehtimallardan və qeyri-dəqiq məlumatlardan uzaq durmağı tövsiyə edib, rəsmi açıqlamaların yaxın günlərdə veriləcəyini vurğulayıb. Marqarita pizza

ABŞ prezidenti isə daha əvvəl etdiyi çıxışlarda İran tərəfinin sazişlə bağlı bəzi detalları ictimaiyyətə vaxtından əvvəl ötürməsi ilə bağlı irad bildirib və prosesi sürətləndirməyin vacibliyinə dair mesaj verib.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!