Trampın gizli planı üzə çıxdı: İrana görə xüsusi təlimatlar verildi

saytların hazırlanması

Evə çatdırılma

Trampın gizli planı üzə çıxdı: İrana görə xüsusi təlimatlar verildi

Dünya

10 İyul 2026 22:40 65


ABŞ Prezidenti Donald Tramp İrandan ona qarşı mümkün sui-qəsd cəhdi olacağı təqdirdə həyata keçiriləcək xüsusi təlimatlar hazırladığını açıqlayıb.

"Yeni Sabah" xəbər verir ki, bu barədə o, "The New York Post" qəzetinə müsahibəsində bildirib.

"Mən uzun müddətdir ki, onların hədəf siyahısındayam. Müvafiq təlimatlar vermişəm. Əgər mənə bir şey olarsa, onları indiyədək görmədikləri dərəcədə bombalamalıdırlar", - deyə Tramp vurğulayıb. Marqarita pizza

İyulun 8-də Donald Tramp İran rəhbərliyinin onu öldürməyə cəhd göstərə biləcəyi ilə bağlı narahatlıqlarını dilə gətirmişdi.

CNN-nin yaydığı məlumata görə, Vaşinqton və Tehran arasında gərginliyin pik həddə çatması fonunda rəsmi təhlükəsizlik xidmətləri Trampın cümə axşamı Ankaradakı NATO sammitindən qayıdışı zamanı onun yeni avialaynerdən istifadə etməsini qadağan ediblər. Mühafizə tərəfi mövcud vəziyyətdə dövlət başçısının təhlükəsizliyini qorumaq üçün köhnə təyyarə modelinin daha əlverişli olduğunu düşünərək bu addımı atıb.

"The Wall Street Journal" qəzeti isə öz mənbələrinə istinadən xəbər verib ki, İsrail kəşfiyyatı İranın ABŞ prezidentinə qarşı yeni sui-qəsd planı nəzərdən keçirdiyinə dair təkzibolunmaz məlumatları və casus hesabatlarını rəsmi Vaşinqtonla bölüşüb.

Xatırladaq ki, Donald Tramp bundan əvvəl də sui-qəsd cəhdləri ilə üzləşib. 2024-cü ildə Pensilvaniyada prezidentliyə namizəd olduğu dövrdə ona qarşı silahlı hücum edilmişdi. Hadisə nəticəsində Trampın qulağı yaralanmış, mitinq iştirakçılarından biri həlak olmuş, daha iki nəfər isə ağır yaralanmışdı. Hücum edən şəxs ABŞ Məxfi Xidmətinin snayperi tərəfindən zərərsizləşdirilmişdi./Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!