Nüfuzlu “The Economist” nəşrinin 2026-cı il üçün hazırladığı geosiyasi təhlil Respublikaçılar Partiyasında və Donald Trampın ətrafında ciddi daxili böhranın başladığını ortaya qoyub. İllərdir formalaşan və "yenilməz" kimi təqdim edilən siyasi koalisiya artıq ideoloji və iqtisadi ziddiyyətlər səbəbindən parçalanma həddinə çatıb.
“Yeni Sabah” xəbər verir ki, siyasi təhlillərə əsasən, "MAGA" radikal cinahı ilə ənənəvi respublikaçılar arasında kəskin ideoloji qarşıdurma baş qaldırıb və tərəflər bir-birinə dözüm nümayiş etdirə bilmir. Eyni zamanda Trampın vəd etdiyi sərt gömrük rüsumları və proteksionist iqtisadi Addımlar iri biznes dairələrini, eləcə də əsas maliyyə donorlarını ondan uzaqlaşdırır.
Digər tərəfdən, şəhərətrafı təhsilli seçicilər və xarici siyasətdə sert mövqeyi müdafiə edən mühafizəkar "şahinlər" ABŞ-nin dünyadan təcrid olunmasını nəzərdə tutan izolyasionist kursdan narazıdırlar. pizza sifarişi
Nazim Hacıyev
Telegram kanalımız