Tünzalənin “Dream Fest” obrazı müzakirələrə səbəb oldu - VİDEO

saytların hazırlanması

Evə çatdırılma

Tünzalənin “Dream Fest” obrazı müzakirələrə səbəb oldu - VİDEO

Şou

25 İyul 2026 09:46 118


“Dream fest 2026” beynəlxalq musiqi festivalının ikinci günü keçirilib.

 “Yeni Sabah” xəbər verir ki, yerli və xarici ulduzlar öz növbəsində gümüşü xalıdan keçərək KİV nümayəndələrinin suallarını cavablandırıblar.

 Tədbirin ikinci günündə iştirak edən Xalq artisti Tünzalə Ağayeva imici ilə fərqlənib. Pop ulduzun geyimi, onun bəstəkar kimi mahnıya çevirdiyi görkəmli Azərbaycan şairlərinin şeirlərindən seçilmiş misralarla naxışlanıb. Ağ geyiminin üzərində yer alan şeir misraları obrazına fərqlilik qatıb. Bununla yanaşı, libasın üzərində Tünzalə Ağayevanın portreti də əks olunub. Dominos pizza

 Beş ay ərzində hazırlanan geyimin müəllifi dizayner Lali Rüstəmova, libasın üzərində əks olunan portret isə rəssam Nərgiz Hüseynovaya məxsusdur. Xalq artistinin saçı və makiyajı üzərində isə stilist Sabir Bağırov çalışıb.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!