Xaricdə işlə təmin edəcəyi vədi ilə çoxsaylı şəxsləri aldadaraq onların pullarını ələ keçirən Tural Abbasov barəsində cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
"Yeni Sabah" xəbər verir ki, bu barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsindən məlumat verilib.
İstintaq zamanı Tural Abbasovun özünü “Mannhaim Travel” MMC-nin direktoru kimi təqdim edərək müxtəlif şəxslərə xarici ölkələrdə işlə təmin olunacaqları və digər yalan vədlər verməklə onların müxtəlif məbləğlərdə pul vəsaitlərini dələduzluq yolu ilə ələ keçirməsinə əsaslı şübhələr müəyyən edilib.Həmçinin onun rəsmi sənədləri istifadə etmək məqsədilə saxtalaşdırdığı müəyyənləşdirilib. Marqarita pizza
Toplanmış sübutlar əsasında Tural Abbasova Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq) və 320.1-ci (rəsmi sənədləri saxtalaşdırma və ya saxta sənədlərdən istifadə etmə) maddələri ilə ittiham elan edilib.
Onun barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib. İş üzrə müəyyən edilmiş maddi ziyanın qismən ödənilməsi təmin olunub.Cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Aytac Əliyeva
Telegram kanalımız