Türkiyə vətəndaşından kreativ addım

saytların hazırlanması

Evə çatdırılma

Türkiyə vətəndaşından kreativ addım

Maraqlı

23 Sentyabr 2026 14:34 93


Türkiyənin Elazığ şəhərində tapdığı pulqabının sahibini axtaran vətəndaş maraqlı və qeyri-adi üsula əl atıb.

“Yeni Sabah” xəbər verir ki, pulqabının içərisindəki bank kartında olan şəxsi bank hesabı nömrəsini görən şəxs həmin hesaba 10 türk lirəsi (TL) pul köçürüb.

O, əməliyyatın "açıqlama" hissəsinə "Pulqabınızı tapmışıq" sözlərini yazaraq öz telefon nömrəsini qeyd edib. Sezar pizza

Mobil bankçılıq tətbiqindən gələn bildirişi və köçürmə açıqlamasını oxuyan pulqabı sahibi dərhal həmin nömrə ilə əlaqə saxlayıb. Nəticədə itirilmiş pulqabı qısa müddətdə sahibinə təhvil verilib. Bu yaradıcı və dürüst gedişat sosial şəbəkələrdə böyük rəğbətlə qarşılanıb.

Nazim Hacıyev


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!