Avropa Parlamentinin (AP) Türkiyəyə qarşı qərəzli iddialar və əsassız qiymətləndirmələr ehtiva edən qərar və hesabatları rəsmi Ankara tərəfindən birmənalı olaraq rədd edilir.
"Yeni Sabah" Türkiyə Xarici İşlər Nazirliyinə (XİN) istinadən xəbər verir ki, növbəti qərar hərbçilərə aid olub və Ankara tərəfindən yenə qınanıb.
"Avropa Parlamentində (AP) qəbul edilən, Türk Silahlı Qüvvələrinə qarşı əsassız və ağılasığmaz iddialar ehtiva edən qərar "yox hökmündə"dir. Qərar haqqında Şimali Kiprin XİN-i tərəfindən verilən açıqlamaya tam dəstək veririk", - bəyanatda bildirilib. Dominos pizza
Qeyd olunub ki, özündə böhtanlar ehtiva edən sözügedən qərar Avropa İttifaqının (Aİ) və xüsusən də AP-nin Kipr məsələsi ilə bağlı müəyyən dairələrin təsiri altında mənimsədiyi qərəzli və təhrif olunmuş yanaşmadır: "Aİ orqanlarının Kipr məsələsinə münasibətdə tarixi reallıqlardan və bitərəflikdən getdikcə uzaqlaşan bir yanaşma nümayiş etdirməsini narahatverici hesab edirik".
Xatırladaq ki, AP-də Türkiyə Silahlı Qüvvələrinin Kipr adasından çıxarılmasını tələb edən qətnamələr qəbul olunur./Report
Telegram kanalımız