Türkiyədən Ermənistanla bağlı bəyanat

saytların hazırlanması

Evə çatdırılma

Türkiyədən Ermənistanla bağlı bəyanat

Dünya

27 Aprel 2023 07:36 767


Türkiyə Xarici İşlər Nazirliyi (XİN) İrəvanda 1920-ci illərin əvvəllərində Osmanlı İmperiyasının siyasi və hərbi rəhbərlərinin, eləcə də o dövrün Azərbaycan rəsmilərinin və hətta Osmanlı imperiyasının bəzi erməni əsilli vətəndaşlarının qətlini törədənlərə həsr olunmuş “Nemesis abidəsi”nin açılışını pisləyib.

“Yeni Sabah” xəbər verir ki, bəyanatda biabırçı abidənin açılışının 31 Türkiyə diplomatının və onların ailə üzvlərinin ölümü ilə nəticələnən dəhşətli hücumlara səbəb olan qanlı terror aktının şöhrətləndirməsi olduğu bildirilib.

“Bu hadisənin erməni mətbuatında təqdim olunma tərzi də onu göstərir ki, bəzi təfəkkürlərdə hələ də tarixin təhrif olunmuş şərhi var ki, onu qəbul etmək mümkün deyil. Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşması prosesinin ruhuna uyğun gəlməyən bu cür təxribatçı addımlar heç bir halda regionda möhkəm və davamlı sülh və sabitliyin bərqərar edilməsi səylərinə töhfə verməyəcək, əksinə, normallaşma prosesinə mənfi təsir göstərəcək", - bəyanatda qeyd edilib. Dominos pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!