Türkiyənin milli müdafiə naziri Yaşar Güler Şimali Kiprə səfər etdi

saytların hazırlanması

Evə çatdırılma

Türkiyənin milli müdafiə naziri Yaşar Güler Şimali Kiprə səfər etdi

Dünya

19 İyul 2026 14:57 136


Türkiyənin milli müdafiə naziri Yaşar Güler Şimali Kiprə səfər edib.

"Yeni Sabah" xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

"Milli Müdafiə naziri Yaşar Güler, Kipr Sülh Hərəkatının (Mutlu Barış Harekâtı) 52-ci ildönümü mərasimlərində iştirak etmək üçün Baş Qərargah rəisi Selçuk Bayraktaroğlu, Hərbi Dəniz Qüvvələri komandanı Ercüment Tatlıoğlu, Hərbi Hava Qüvvələri komandanı Ziya Camal Kadıoğlu, Quru Qoşunları komandanı Metin Tokel və nazir müavini Saleh Ayhanla birlikdə Şimali Kiprə səfər edib", - məlumatda bildirilib. Pepperoni pizza

O, Şimali Kiprin Prezidenti Tufan Erhürmanla da görüşüb.

Xatırladaq ki, bu, Türkiyənin 1974-cü ilin iyul ayında Kiprdəki türk icmasını qorumaq məqsədilə həyata keçirdiyi hərbi dəstək Kipr Sülh Hərəkatı adlanır.

Əməliyyatın birinci mərhələsi 20 iyul 1974-cü ildə, İkinci Sülh Hərəkatı isə 14 avqust 1974-cü ildə baş tutub./Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!