Üç ay əvvəl nişanlanan tələbə intihar etdi

saytların hazırlanması

Evə çatdırılma

Üç ay əvvəl nişanlanan tələbə intihar etdi

Sosial

17 Oktyabr 2022 12:58 922


Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin tələbəsi intihar edib.

Yenisabah.az Qafqazinfo-ya istinadən xəbər verir ki, universitetin tələbəsi, 2000-ci il təvəllüdlü Muxtar Qayıbov özünü Aşağı Güzdək qəsəbəsində, yaşadığı evin həyətində asaraq həyatına son qoyub.

Onun hansı səbəbdən intihar etməsi məlum deyil. Dördpendirli pizza

Bildirilir ki, M.Qayıbov 3 ay əvvəl nişanlanıbmış. Onun boş vaxtlarında yaşadığı qəsəbədə bərbərlik fəaliyyəti ilə məşğul olduğu deyilir.

Faktla bağlı araşdırma aparılır. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!