Üçüncü övladı olan ailələrə böyük dəstək planı açıqlandı

saytların hazırlanması

Evə çatdırılma

Üçüncü övladı olan ailələrə böyük dəstək planı açıqlandı

Dünya

28 İyun 2026 10:54 82


Rusiyada demoqrafik vəziyyətin yaxşılaşdırılması məqsədilə üçüncü və sonrakı uşaqların doğulmasına görə ailələrə minimum 1 milyon rubl məbləğində yeni dövlət dəstəyi göstərilməsi təklif olunub.

“Yeni Sabah” xəbər verir ki, təşəbbüs Rusiya İctimai Palatası tərəfindən hazırlanan təkliflər paketində yer alıb.

Sənədə əsasən, ölkədə mövcud olan analıq kapitalı proqramının yenilənməsi, ikinci uşağa görə verilən ödənişin artırılması və üçüncü, eləcə də sonrakı uşaqlar üçün ayrıca “çoxuşaqlı ailə kapitalı”nın tətbiqi təklif edilir. Yeni mexanizm çərçivəsində ailələrə minimum 1 milyon rubl ödənilməsi nəzərdə tutulur. pizza

Ekspertlər bildirirlər ki, analıq kapitalı proqramı tətbiq olunduğu ilk illərdə ölkədə əlavə 2,5–3 milyon uşağın dünyaya gəlməsinə töhfə verib. Onların fikrincə, yeni təşviq mexanizmi çoxuşaqlı ailələrin sayının artmasına və demoqrafik azalmanın qarşısının alınmasına müsbət təsir göstərə bilər.

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!