Ucuz maşın almaq istəyənlər: HƏRRAC OLACAQ

saytların hazırlanması

Evə çatdırılma

Ucuz maşın almaq istəyənlər: HƏRRAC OLACAQ

Avto

13 Oktyabr 2026 09:39 206


Müxtəlif dövlət təşkilatlarına aid olan 10 nəqliyyat vasitəsi açıq satışa çıxarılır. Nəzərdə tutulan hərrac noyabrın 24-də baş tutacaq.

“Yeni Sabah” xəbər verir ki, satışa təqdim edilən nəqliyyat vasitələri Xüsusi Tibb Xidməti, Fövqəladə Hallar Nazirliyinin Tikintidə Qiymətqoyma Mərkəzi, AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi və Ağcabədi Rayon İcra Hakimiyyətinin balansında olan maşınlardır.

Avtomobillərin start qiyməti 2,000 manatla 8,000 manat arasında dəyişir. pizza sifarişi

Xüsusi Tibb Xidmətinə aid 2008-ci il buraxılışlı iki “Mercedes-Benz Vito” təcili yardım avtomobilinin hər biri üçün ilkin qiymət 8,000 manat müəyyənləşdirilib. Qurumun 2008-ci il istehsalı olan “Fiat Doblo Combi” minik maşını isə 5,000 manata satışa qoyulub.

FHN-in Tikintidə Qiymətqoyma Mərkəzinə məxsus 2005-ci ilin "QAZ-31105" avtomobilinin başlanğıc qiyməti 3,000 manat təşkil edir.

Respublika Seysmoloji Xidmət Mərkəzinin balansındakı 5 maşın da alıcılara təqdim olunur. Bura 1981-ci il “UAZ-469” (2,000 manat), 1999-cu il “Nissan Maxima” (4,000 manat), 2001-ci il “UAZ-31514” (2,000 manat), 1988-ci il “UAZ-469B” (2,000 manat) və 1988-ci il “VAZ-2121” (2,000 manat) daxildir.

Ağcabədi Rayon İcra Hakimiyyətinin 2011-ci il istehsalı “Chevrolet Niva 2123” markalı avtomobili isə 4,000 manat ilkin qiymətlə hərraca çıxarılır.

Hərraca qatılmaq üçün tələb olunan behin həcmi start qiymətinin 10 faizini təşkil edir ki, bu da nəqliyyat vasitəsindən asılı olaraq 200 manatla 800 manat arasındadır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!