Ukrayna Milli Bankı devalvasiyaya getməli oldu

saytların hazırlanması

Evə çatdırılma

Ukrayna Milli Bankı devalvasiyaya getməli oldu

Dünya

21 İyul 2022 13:24 760


Ukrayna Milli Bankı (ÜMB) devalvasiya barədə qərar verərək ABŞ dollarının məzənnəsini 25% artırıb. 

“Report” UNIAN-a istinadən xəbər verir ki, Amerika valıyutasının məzənnəsi 36,5886 qrivnaya çatdırılıb. 

Tənzimləyici qurum bəyan edib ki, dolların məzənnəsinin 29,25 qrivna səviyyəsində saxlanılması ölkənin qızıl-valyuta ehtiyatları üçün çox baha başa gəlir.  pizza sifarişi

"Bu addım Ukrayna istehsalçılarının rəqabət qabiliyyətliliyini artıracaq, müxtəlif biznes və əhali qrupları üçün məzənnə şərtlərini yaxınlaşdıracaq və müharibə şəraitində iqtisadiyyatın sabitliyini qoruyacaq", - deyə UMB-nin açıqlamasında qeyd olunub. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!