Ukrayna ordusu Qara dənizdə Rusiyanın iki tankerini vurdu

saytların hazırlanması

Evə çatdırılma

Ukrayna ordusu Qara dənizdə Rusiyanın iki tankerini vurdu

Dünya

19 İyul 2026 15:59 181


Ukraynanın Müdafiə Qüvvələri Rusiyanın bir sıra mühüm hərbi və hərbi-iqtisadi obyektlərinə zərbələr endirib.

"Yeni Sabah" xəbər verir ki, bu barədə "RBK-Ukrayna" bu ölkənin Silahlı Qüvvələrinin Baş Qərargahına istinadən məlumat yayıb.

Hərbçilərin məlumatına görə, Qara dəniz akvatoriyasında iki Rusiya tankeri, eləcə də Azov dənizində kran vurulub. pizza

"Tankerlərdən Rusiya Federasiyası silahlı qüvvələrinin maraqları naminə neft məhsulları və yanacağının daşınması üçün istifadə olunurdu. Üzən kran liman işlərini, yüklərin yüklənməsi və boşaldılmasını təmin edir, həmçinin düşmən ordusunun dəniz logistikasının fəaliyyətini dəstəkləyirdi", - bəyanatdan aydın olur.

Bundan başqa, Ukrayna hərbçiləri Zaporojye vilayətinin Zelenopolye yaxınlığında "Buk" zenit-raket kompleksini hədəf alıblar. Həmçinin Donetsk vilayətinin Novoekonomiçeskoye rayonundakı avtomobil körpüsünə də zərbə endirilib. Məlumata görə, Rusiya ordusu körpüdən hərbi logistikanın təmin edilməsi üçün istifadə edirdi.

"Ukraynanın Müdafiə Qüvvələri Rusiya Federasiyasının silahlı təcavüzünün dayandırılmasına yönəlmiş tədbirləri bundan sonra da sistemli şəkildə həyata keçirəcək", - Baş Qərargahdan vurğulanıb./Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!