Ukraynada hərbi vəziyyət rejimi daha 3 ay uzadıldı

saytların hazırlanması

Evə çatdırılma

Ukraynada hərbi vəziyyət rejimi daha 3 ay uzadıldı

Dünya

02 May 2023 17:57 591


Ukraynada hərbi vəziyyət rejimi və ümumi səfərbərlik müddəti daha 3 ay, avqustun 18-dək uzadılıb.

Yenisabah.az UNIAN-a istinadla xəbər verir ki, bu barədə Ukrayna Ali Radası qərar qəbul edib.

Qanunverici orqanın 324 deputatı “Ukraynada hərbi vəziyyətin müddətinin uzadılması haqqında” qanun layihəsinin lehinə səs verib. pizza

333 deputat isə ümumi səfərbərliyin müddətinin uzadılmasını dəstəkləyib.

Qeyd edək ki, Ukraynada ilk dəfə hərbi vəziyyət ötən il fevralın 24-də, yəni Rusiya ilə genişmiqyaslı müharibənin başladığı gün elan olunub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!