Rusiya Federasiyasının Ukraynaya genişmiqyaslı müharibəsi nəticəsində 23 760 vətəndaş itkin düşmüş hesab olunur.
Yenisabah.az xəbər verir ki, bu barədə DİN rəhbərinin müavini Leonid Timçenko danışıb.
O qeyd edib ki, müharibə başlayandan indiyədək itkin düşmüş şəxslərlə bağlı 101 543 fakt qeydə alınıb, bundan sonra məlumatlar vahid reyestrə daxil edilib. 54 310 nəfər aşkar edilib. Toyuqlu pizza
Timçenkonun sözlərinə görə, 31 330 nəfər barəsində axtarış elan edilib, onlardan 7 570 nəfəri tapılıb, qalanları isə xüsusi şəraitdə itkin düşmüş hesab olunur. Bunlara silahlı münaqişə, hərbi əməliyyatlar, müvəqqəti işğallar, təbii və ya texnogen xarakterli fövqəladə hallar daxildir.
Telegram kanalımız