Ukraynada müharibə: Ruslar üçün qorxunc statistika

saytların hazırlanması

Evə çatdırılma

Ukraynada müharibə: Ruslar üçün qorxunc statistika

Dünya

26 Aprel 2023 09:27 644


Rusiya qüvvələri son sutkada Ukrayna ərazisində daha 640 hərbçisini itirib. 

Yenisabah.az "Unian"a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb. 

Bildirilib ki, bununla da Rusiya tərəfinin müharibə başlayandan bəri ümumi itkilərinin sayı 188 410 nəfərə çatıb.  pizza hut

Həmçinin son sutka ərzində Rusiyaya məxsus 4 tank, 11 zirehli döyüş maşını, 14 artilleriya sistemi Ukrayna ordusu tərəfindən sıradan çıxarılıb. 

Xatırladaq ki, ötən ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, habelə qondarma "Donetsk XR" və "Luqansk XR" separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!