30 Sentyabr - 01:07
Ukraynada ölən rus hərbçilərinin yeni statistikası:  41 mini keçdi

Ukraynada ölən rus hərbçilərinin yeni statistikası: 41 mini keçdi

Dünya

02 Avqust 2022 11:17 507


Ukraynada hərbi əməliyyatlar başlayandan bəri Rusiya ordusunun 41 170 hərbçisi məhv edilib.

Yenisabah.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Bildirilib ki, Rusiyanın digər döyüş itkiləri 1768 tank, 4014 zirehli döyüş maşını, 936 artilleriya sistemi, 259 reaktiv yaylım atəşi sistemi, 117 hava hücumundan müdafiə sistemi, 223 təyyarə, 191 helikopter, 739 PUA, 174 qanadlı raket, 15 gəmi, 2 914 avtomobil texnikası və avtosistern, 82 xüsusi texnikadan ibarətdir.

Xatırladaq ki, Rusiya bu ilin fevralın 24-də Ukraynaya qarşı müharibəyə başlayıb. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!