Ukraynaya ABŞ silahlarının ilk partiyası 24 saat ərzində gələcək

saytların hazırlanması

Evə çatdırılma

Ukraynaya ABŞ silahlarının ilk partiyası 24 saat ərzində gələcək

Dünya

15 Aprel 2022 22:59 1000


ABŞ silahlarının ilk partiyası yaxın 24 saat ərzində Ukraynaya gələcək.

"Report" xəbər verir ki, bu barədə CNN Amerika hərbi idarəsinin yüksək rütbəli nümayəndəsinə istinadən məlumat yayıb.

Güman edilir ki, yük Ukrayna sərhədinə çatdırılacaq, bundan sonra Ukrayna tərəfi onu öz ərazisinə gətirəcək. pizza hut

Silahların siyahısı açıqlanmasa da, ilk növbədə haubitsa və radarlar gətiriləcək.

Aprelin 13-də Bayden Vaşinqtonun Kiyevə daha 800 milyon dollar məbləğində hərbi yardım, o cümlədən 11 Mi-17 helikopteri, 200 zirehli personal daşıyıcısı, 300 "Switchblade" mərmisi və tank əleyhinə sistemlər üçün 500 raket göndərmək qərarını açıqlayıb. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!