Avqustun ikinci yarısı bəzi bürclər üçün yeni imkanlar, gözlənilməz xəbərlər və şəxsi həyatda dəyişikliklərlə yadda qala bilər. Xüsusilə ayın sonuna doğru bəzi bürclər həm iş, həm maliyyə, həm də münasibətlər baxımından daha əlverişli dövr yaşayacaq.
“Yeni Sabah” xəbər verir ki, astroloji yozumlara əsasən, avqustun 15-dən 31-dək ən şanslı bürclər arasında Şir, Tərəzi, Qız, Buğa və Oxatan öndədir. Bu dövrdə həmin bürclər üçün yeni başlanğıclar və mühüm qərarlar gündəmə gələ bilər.
1. Şir - Avqustun ikinci yarısı Şirlər üçün xüsusilə uğurlu görünür. Özünü göstərmək, yeni layihəyə başlamaq və uzun müddətdir arzuladığı bir addımı atmaq üçün fürsətlər yarana bilər. Dominos pizza
İş həyatında rəhbərlik və ya həmkarlar tərəfindən diqqət çəkmək, yeni təklif almaq ehtimalı artır. Şəxsi həyatda isə münasibətlərdə canlanma gözlənilir. Subay Şirlər üçün gözlənilməz tanışlıq da mümkündür.
2. Tərəzi - Tərəzilər üçün ayın ikinci yarısının əsas mövzusu münasibətlər və sosial çevrə olacaq. Yeni insanlarla tanışlıq, maraqlı əməkdaşlıq və gözlənilməz dəstək gündəmə gələ bilər.
Maliyyə baxımından da əlverişli imkanlar yarana bilər. Xüsusilə əvvəllər başladılan bir işdən gəlir əldə etmək və ya yeni qazanc mənbəyi tapmaq ehtimalı var. Sevgi həyatında isə xoş sürprizlər gözlənilir.
3. Qız - Avqustun son günləri Qızlar üçün yeni mərhələnin başlanğıcı ola bilər. Planlarını sistemləşdirmək, yarımçıq işləri tamamlamaq və gələcəklə bağlı mühüm qərarlar vermək üçün münasib dövrdür.
İş və karyera sahəsində müsbət dəyişiklik ehtimalı yüksəkdir. Gözlənilən bir xəbər, yeni iş təklifi və ya maliyyə ilə bağlı imkan ortaya çıxa bilər. Münasibətlərdə də qeyri-müəyyənliklərin aradan qalxması mümkündür.
4. Buğa - Buğalar üçün avqustun ikinci yarısında əsas diqqət maliyyə və ailə məsələlərinə yönələcək. Uzun müddətdir gözlənilən pulun əldə olunması və ya yeni gəlir imkanının yaranması mümkündür.
Ailə daxilində həllini gözləyən məsələlər də öz yoluna düşə bilər. Şəxsi həyatda sabitlik ön plana çıxacaq. Bu dövrdə böyük maliyyə qərarları verməzdən əvvəl detalları diqqətlə nəzərdən keçirmək faydalıdır.
5. Oxatan - Oxatanları isə hərəkətli və yeniliklərlə dolu dövr gözləyir. Səyahət, təhsil, yeni iş və ya xariclə əlaqəli imkanlar gündəmə gələ bilər.
Uzun müddətdir dəyişmək istədikləri bir məsələ ilə bağlı nəhayət addım ata bilərlər. Sevgi həyatında da yeni tanışlıq ehtimalı var. Münasibətdə olan Oxatanlar üçün isə birlikdə gələcəklə bağlı plan qurmaq üçün əlverişli zaman olacaq.
Astroloji yozumlara görə, avqustun ikinci yarısında bu beş bürcün qarşısına çıxan imkanları vaxtında dəyərləndirməsi vacibdir. Lakin bütün astroloji proqnozlar əyləncə xarakterlidir və insanın gələcəyini dəqiq müəyyənləşdirmir.
Aydan Hacı
Telegram kanalımız