Uşaqları ölümə aparan infeksiya ilə bağlı   CİDDİ XƏBƏRDARLIQ

saytların hazırlanması

Evə çatdırılma

Uşaqları ölümə aparan infeksiya ilə bağlı CİDDİ XƏBƏRDARLIQ

Sağlamlıq

10 Oktyabr 2026 12:10 92


5 yaşınadək uşaqlar üçün ciddi təhlükə yaradan Hemofilus influenza tip b (Hib) bakteriyası meningit, pnevmoniya və sepsis kimi ağır xəstəliklərə səbəb ola bilər. Hib peyvəndi uşaqları bu infeksiyanın yaratdığı təhlükəli fəsadlardan qorumağın effektiv vasitələrindən biridir.

“Yeni Sabah” xəbər verir ki, hava-damcı yolu ilə yayılan Hib infeksiyası beyin qişalarının iltihabına (meningit), kəskin pnevmoniyaya, qan dövranı infeksiyalarına (sepsis) və boğaz nahiyəsində təhlükəli şişməyə səbəb ola bilər. Bu xəstəliklər əlillik və hətta ölümlə nəticələnə bilər.

Azərbaycanda Hib komponenti milli peyvənd təqviminə daxildir. Peyvənd uşaqlara beşli və ya altılı kombinə olunmuş peyvəndlərin tərkibində vurulur. Tam immunitetin formalaşması üçün körpələrə 2, 3 və 4 aylığında olmaqla üç doza peyvəndin vurulması tövsiyə edilir. pizza hut

Hib peyvəndinin geniş tətbiqi nəticəsində dünyada bu bakteriyanın törətdiyi ağır və ölümcül xəstəliklərin sayı əhəmiyyətli dərəcədə azalıb. Uşaqların peyvənd təqviminə uyğun immunizasiyası onların sağlamlığının qorunmasında mühüm rol oynayır.

Aytac Əliyeva


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!