Uşaqların sosial şəbəkələrdən istifadəsi QADAĞAN EDİLDİ – Yeni qərar

saytların hazırlanması

Evə çatdırılma

Uşaqların sosial şəbəkələrdən istifadəsi QADAĞAN EDİLDİ – Yeni qərar

Maraqlı

17 Sentyabr 2026 13:05 106


Avropa Komissiyası azyaşlıların psixi sağlamlığını və təhlükəsizliyini qorumaq məqsədilə sosial media platformalarına qarşı kəskin məhdudiyyətləri nəzərdə tutan yeni hüquqi çərçivəni bəyan edib.

“Yeni Sabah” xəbər verir ki, layihəyə əsasən, rəqəmsal məkanda uşaqların mühafizəsi üçün yaş hədlərinə uyğun ciddi qaydalar tətbiq olunacaq.

Yeni qaydalara görə, 13 yaşdan kiçik uşaqların sosial şəbəkələrdən istifadəsi tamamilə qadağan edilir. 13-15 yaş aralığında olan şəxslər üçün isə fərdi və kütləvi istifadəyə açıq hesabların yaradılması məhdudlaşdırılır. Bu yaş qrupundakı yeniyetmələr sosial mediadan yalnız valideyn nəzarəti altında və gündə maksimum bir saat müddətində istifadə edə biləcəklər. Pepperoni pizza

Avropa İttifaqı rəhbərliyi bu addımı sosial şəbəkələrdəki asılılıq yaradan alqoritmlərin, kiberbullinqin və zərərli məzmunların azyaşlılara vurduğu mənfi təsirlərin qarşısını almaq üçün zəruri hesab edir. Yeni qaydaları pozan və azyaşlıların platformaya girişinə adekvat məhdudiyyət qoymayan texnologiya şirkətlərini iri həcmli maliyyə sanksiyaları gözləyir.

Nazim Hacıyev


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!