ÜST Avropada yeni koronavirus dalğası elan etdi

saytların hazırlanması

Evə çatdırılma

ÜST Avropada yeni koronavirus dalğası elan etdi

Sosial

19 İyul 2022 22:31 756


Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa Bürosunun rəhbəri Hans Klüge koronavirusun “Omikron” ştammının subvariantlarının yaratdığı COVID-19-un yeni dalğasını elan edib.

Yenisabah.az xəbər verir ki, bu barədə ÜST-ün saytında məlumat verilib.

“Aydındır ki, biz keçən yay ilə analoji vəziyyətdəyik. Sadəcə, bu dəfə davam edən COVID-19 dalğası “Omikron” ştammının subvariantlarından, xüsusilə də BA.2 və BA.5-dən qaynaqlanır”, – deyə məlumatda qeyd edilir. Dominos pizza

O, həmçinin əlavə edib ki, son altı həftə ərzində Avropada yeni yoluxmaların sayı üç dəfə artıb. Klüge Avropa ölkələrini vaksinasiya və maska ​​taxılması ilə bağlı təcili tədbirlər görməyə çağırıb. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!